0
Tuesday 29 January 2019 - 14:19

Tale Bağırzadə: “Belə davam etsə, müddətsiz aclığa başlayacam”

Story Code : 774988
Tale Bağırzadə: “Belə davam etsə, müddətsiz aclığa başlayacam”
Yaxınları ilə telefon danışığında “Müsəlma Birliyi Hərəkatı”nın rəhbəri, Qobustan həbsxanasında cəza çəkən Tale Bağırzadə bildirib ki, açıq hava və hamama qoyulan qadağa hələ də davam edir. “Təyziqlər də olduğu kimi davam edir. Bir o qalıb ki, yatanda da qollarımı çarpayıya qandallasınlar. Heç bir müraciətə baxılmır” deyən Tale Bağırzadə artıq Penitensiar Xidmətin tamamən bu qanunsuzluqlara göz yumduğunu vurğulayıb və bildirib ki, Abbas Hüseyovu döyə-döyə apardıqdan sonra ona baş çəkən Penitensiar Xidmətin əməkdaşları onunla qısa müddətdə görüşüb. “Onda da deyiblər ki, sənə görə gəlməmişik, sadəcə, həbəsxanaya baş çəkməyə gəlmişkən səninlə də görüşürük. “
Tale Bağırzadə bildirib ki, əgər ona qarşı təyziqlər, basqılar dayandırılmasa o müddətsiz aclığa başlayacaq. “Hər gün təhdidlər davam edir. Mənə hədə gəlib deyirlər ki, telefon danışığından, gürüşlərdən məhrum edərik. Tez-tez kamerama gəlib məndən eləcə adımı soruşub gedirlər. Gecələr heç bir səbəb olmadan yuxudan oyadırlar. Mənə qarşı olan bu davranış dəyişməsə müddətsiz aclığa başlayacam.”
20 il müddətinə azadlıqdan məhrum edilən ilahiyyatçı Tale Bağırzadə həmçinin onu da bildirib ki, keçirdyi əsəb və gərginliyin ucbatından səhhətində də problemlər yaranıb, gözləri və belində şiddətli ağrılar var.
 
Source : facebook
Comment