Ərəbistanda tanınmış təbliğatçı işgəncə ilə öldürülüb
Story Code : 773527
Səudiyyə Ərəbistanında həbsdə olan təbliğatçı Əhməd Əl-İmari xəstəxanaya köçürüldükdən bir həftə sonra dünyasını dəyişib. Ərəbistanın hüquq müdafiəçiləri həkimlərin sifarişlə diqqətsizliyi səbəbindən alimin öldüyünü iddia edir. İctimai fəalların sözünə görə, rejim öz müxaliflərinə həbsxanada işgəncə verir. Əl-İmarə xəstəxanaya köçürüldükdən sonra onun ailəsinə məlumat verilib ki, alim həbsxanadan azad edilib. Təbliğatçı həbsxanada olarkən beyninə qan sızıb və komaya düşüb.