“Report” “İrna”ya istinadən xəbər verir ki, bu barədə İran Mərkəz Bankının rəhbəri Əbdülnasir Hemməti bildirib.
O deyib: “Karbohidrogen satışından yeni gəlirlər tədricən ölkə iqtisadiyyatına daxil olacaq”.
Bank rəhbəri eyni zamanda ixracatşı şirkətlərlə imzaladıqları sazişlər nəticəsində ölkənin qeyri-neft ixracatının da artacağını söyləyib.
Xatırladaq ki, 2018-ci il noyabrın 5-də ABŞ-ın İran neft sektoruna sanksiyaları qüvvəyə minib. ABŞ Maliyyə Nazirliyinə görə, İranın cəmi 700-dən çox fiziki və hüquqi şəxsinə, o cümlədən gəmi və təyyarələrinə qarşı tətbiq edilən sanksiyalardan Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan (Chinese Taipei), Türkiyə, Yunanıstan, İtaliya möhlət alıb