Ali-Səud rejimi BMT Təhlükəsizlik şurasına İsraildən şikayət edib və bu addımı ilə Tel-Əvivlə məxfi əlaqələrini pərdələməyə çalışıb. Ərəbistanda padşah Salman bin Əbdüləzizin rəhbərliyi ilə nazirlər kabinetinin iclasında Fələstinə dəstək bəyanatları səslənib. Bu barədə Ən-Nəşrə xəbər yayıb. İclasda BMT TŞ-yə müracət ünvanlanıb, İsrailə qarşı ölçü götürülməsi tələb edilib. Bu hadisə elə bir vaxtda baş verir ki, dünyanın istənilən nöqtəsində Ərəbistan deyəndə Xaşoqcini doğramış əli mişarlı qəssablar göz önünə gəlir.