Qətər Əmiri Omanın xarici işlər nazirini qəbul edib
Story Code : 771880
Omanın xarici işlər naziri Yusif bin Ələvi Qətər Əmiri Təmim bin Həməd Ali Sani ilə görüşüb. Duhada baş tutmuş görüşdə tərəflər Fars Körfəzi Ölkələrinin Həmkarlıq Şurasındakı vəziyyəti müzakirə edib.
Fars Körfəzi Ölkələrinin Həmkarlıq Şurasındakı böhran Ərəbistan, Misir, Əmirlik və Bəhreynlə Qətər arasındakı münasibətlərin pozulması ilə nəticələnib. Duha qarşısında 13 şərt qoyulub ki, bu şərtlər yerinə yetiriləcəyi təqdirdə münasibətlər bərpa oluna bilər.