İordaniyada işğalçı İsrailin bayrağı ilə qalmaqal yaşandı
Story Code : 769376
İordaniya Həmkarlar Təşkilatı sionist rejimə qarşı qətiyyətli mövqe nümayiş etdirən təşkilatdır. Təşkilatın binasına girişdə İsrailin bayrağı yerdə əks olunub. Binaya daxil olanlar bu bayraq üzərindən keçir. Bu dəfə İordaniya dövlətinin sözçüsü Cumanə Qənimətin (Jumana Ghunaimat) bayrağı tapdayıb keçməsi mediada işıqlandırılıb. Baş nazir Ömər Əl-Rəzazın girişdən dönüb arxa qapıdan keçdiyi, İsrail bayrağını tapdamaq istəmədiyi deyilir. Hadisə İsraildə etirazla qarşılanıb, İordaniyanın səfiri İsrail XİN-ə dəvət olunub.