Suriyadan 100 kamyon ABŞ hərbi texnikası çıxarılıb
Story Code : 767819
Amerika dəfələrlə vəd edib ki, Əfqanıstanı tərk edir, amma bu addımı atmayıb. Ümumiyyətlə ABŞ-ın verdiyi vədi yerinə yetirməməsi adi bir işdir. Bu dəfə Suriyadan çıxmaq vədinə əməl olunacaqmı? Anadolu agentliyi xəbər verir ki, bu gün ABŞ 100 kamyon hərbi texnikanı Suriyadan çıxarıb, kamyonlar İraq ərazisinə daxil olub. Tramp belə bir tvit yazıb ki, İŞİD ləğv ediləndən sonra Suriyada qalmağın mənası yoxdur. ABŞ prezidenti ümumiyyətlə regionda polis rolu oynamaq istəmədiyini bildirib.