0
Tuesday 20 November 2018 - 18:25

Qətər əmirinin barışıq üçün yeganə şərti

Story Code : 762400
Qətər əmirinin barışıq üçün yeganə şərti
Artıq il yarımdır ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, Bəhreyn və Misir Qətərlə diplomatik əlaqələri kəsib və bu ölkəni mühasirə vəziyyətində saxlayır. Bu günlərdə İtaliyada səfərdə olan Qətər əmiri Təmim bin Həməd Ali-Sani bu dörd ölkə ilə münasibətləri normallaşdımağın yeganə şərtini dilə gətirib. Əmir deyib ki, Qətər hökumətinə ehtiram göstərilməli, bu ölkənin daxili işinə müdaxilə edilməməlidir. İtaliya prezidenti Serco Mattarella Qətər əmirindən problemin həlli üçün addım atılmasını istəyib. Qətər əmiri bunun üçün ölkəsinin yeganə şərtini açıqlayıb. Xatırladaq ki, anti-Qətər blok Qətərin İran, Həmas, İxvanla münasibətləri kəsməsini tələb edir.
 
Source : IslamTimes
Tagged
qətər