Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Səudiyyə Ərəbistanının Türkiyədən ağılsız istəyinə münasibət bildirib. Ərəbistan və müttəfiqləri anti-Qətər kampaniya kontekstində Türkiyədən Qətərdəki hərbi bazasını bağlamasını istəyib. Çavuşoğlu bu istəyi ağılsız istək adlandırıb. Qətər mətbuatına müsahibə verən Çavuşoğli deyib: Düşünürük ki, bu istək reallıqdan uzaq və məntiqsizdir.
Yada salaq ki, Ərəbistan və müttəfiqlərinin Qətərlə problemlərindən biri də İranla əlaqələri kəsməsidir.