0
1
comments
Thursday 30 August 2018 - 23:32

Qədir-Xum seçimini inkar edənin başına göydən düşən daş

Story Code : 747172
Qədir-Xum seçimini inkar edənin başına göydən düşən daş
Həzrət Peyğəmbər (s) Qədir-Xum səhrasında vilayəti elan etdikdən və İmam Əlinin (ə) əlini tutub qaldırdıqdan sonra Cabir ibni Nəzər Peyğəmbərin (s) xidmətinə gəlir və deyir: “Ey Allahln Rəsulu! Bizə əmr etmisən ki, Allahın tək olduğunu və sənin rialsətini təsdiq edək. Həcci, zəkatı yerinə yetirək. Onların hamısını qəbul etmişik. Ancaq bu qədəri ilə kifayətlənməmisən. İndi Əli ibni Əbitalibi (ə), əmin oğlunu bizim hamımızdan üstün hesab edir və buyurursan: “Hər kimin mövlası mənəm, Əli (ə) də onun mövlasıdır. Bu dediklərin Allah tərəfindəndir, yoxsa öz tərəfindən?”.
 
Həzrət Peyğəmbər (s) cavabında buyurur: “O Allaha and olsun ki, Ondan başqa məbud yoxdur. Nə demişəmsə, Allahın əmri ilə olmuşdur”. (Tebyan)
 
Həmin şəxs bu cavabı eşidən zaman Həzrətə (s) arxasını çevirdi və getdi ki, dəvəsinə minsin. Yolda gedən zaman Allaha dedi: “Əgər (Muhəmmədin (s)) dedikləri haqdırsa, əmr et ki, göydən bizə daş yağsın, ya da bizə ağrılı əzab nazil olsun”. O, hələ dəvəsinə minməmişdi ki, göydən bir böyük daş endi və onun başına dəyib, onu öldürdü.
 
Bu hadisənin ardınca Quranın bu ayəsi nazil oldu: “İstəyən şəxs elə bir əzab istədi ki, (mütləq) baş verəcək. Kafirlər üçün və onun qarşısını alan olmaz. (Elə bir əzabdır ki,) «məaric» (bəndələrin əməllərinin və mələk dəstələrinin yuxarı qalxdığı səmavi dərəcələr; yaxud möminlərin mənəvi kamal dərəcələri; və yaxud mələklərin mənəvi dərəcələri; və ya Allah övliyalarının Cənnətdəki dərəcələri)sahibi olan Allahdandır”. (“Məaric” 1-3).
 
Source : Deyerler
Tagged
qədir xum
Comment


Elşən
Azerbaijan
Düzdü