Rəşt-Astara dəmir yolu xəttinin tikintisinə dair müqavilə yazadək imzalana bilər
Story Code : 1188538
“APA-Economics”in “TASS”a istinadən verdiyi məlumata görə, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali bildirib.
Məlumata görə, İran və Rusiyanın nəqliyyat nazirləri 2025-ci ilin martına qədər Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinə dair saziş imzalamaq barədə razılıq əldə ediblər.
“Rusiyanın nəqliyyat naziri və onun iranlı həmkarı son üç ayda bu layihə ilə bağlı videoəlaqə vasitəsi ilə çoxsaylı məsləhətləşmələr aparıblar. Onlar bu ilin mart ayına kimi bu layihənin həyata keçirilməsinə dair saziş imzalamaq barədə razılığa gəliblər və ümid edirik ki, bu il onun həyata keçirilməsi istiqamətində ilk addımları ata biləcəyik”, - səfir qeyd edib.