İşğalçı İsrail 33 girovun müqabilində 1890-dan çox fələstinlini azad edəcək
Story Code : 1185158
Oxu.Az-ın verdiyi xəbərə görə, bu barədə Misir Xarici İşlər Nazirliyi bildirib.
"42 gün davam edəcək birinci mərhələdə HƏMAS cinayətkar İsrail rejiminin 1890-dan çox məhbusun azadlığı müqabilində 33 girovu azad edəcək", - idarənin "Facebook" səhifəsində dərc olunan mətndə deyilir.
"Biz vasitəçilərin Qəzza razılaşmasını üç mərhələdə həyata keçirilməsini təmin etmək öhdəliyini bir daha təsdiqləyirik", - Misir Xarici İşlər Nazirliyi vurğulayıb.