"Report" bu barədə AZAL-a istinadən xəbər verir.
Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
Qazaxıstan KİV-nin yaydığı məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub.
Aktauda qəza yerinə Qazaxıstan FHN-nin 52 nəfər şəxsi heyəti və 11 texnikası gəlib.
11:03
Bakıdan Qroznıya uçan təyyarə Aktauda düşüb.
“Report” xəbər verir ki, bu məlumatı fövqəladə hallar üzrə dispetçer xidməti təsdiqləyib.
Təyyarənin Qazaxıstanın Aktau şəhərinin hava limanı yaxınlığında düşdüyü bildirilir.