Biz İran İslam Respublikası ilə əlaqələrimizə fəxr edirik
Story Code : 1180401
Qətərin rəsmi xəbər agentliyinin verdiyi məlumata görə, Macid bin Məhəmməd Əl-Ənsari həftəlik mətbuat konfransında deyib: "Qətər və İran İslam Respublikası arasında münasibətlər prinsipial və sabitdir və hər iki tərəf regionda bəzi qaz layihələrində birgə fəaliyyət göstərir. Biz bölgədəki hadisələrlə bağlı davamlı fikir mübadiləsi aparırıq və İran İslam Respublikası ilə ikitərəfli əlaqələrimizlə fəxr edirik".
Əl-Ənsari sionist rejimin Suriyadakı hərəkətləri ilə bağlı deyib: "Beynəlxalq ictimaiyyət sionist rejimin təhrikedici hərəkətlərinə qarşı durmaq üçün həmrəylik nümayiş etdirməklə yanaşı işğalçı sionistləri Suriya ərazisinə təcavüzü dayandırmağa məcbur etmək üçün öz vəzifəsini və insani və əxlaqi məsuliyyətini yerinə yetirməlidir".
Qeyd edək ki, Qətər Xarici İşlər Nazirliyi bir bəyanatda işğalçı İsrail rejiminin Suriyanın işğal altındakı Colan təpələrində yaşayış məntəqələrinin genişləndirilməsi planını təsdiq etməsini qətiyyətlə pisləyib və bunu sionist rejimin Suriya ərazisinə təcavüzləri zəncirinin yeni halqası və beynəlxalq qanunların açıq şəkildə pozulması kimi qiymətləndirib.
Qətər beynəlxalq ictimaiyyəti işğalçıları Suriya ərazisinə hücumları dayandırmağa və beynəlxalq qanunlara əməl etməyə məcbur etmək üçün öz hüquqi və mənəvi öhdəliklərini yerinə yetirməyə çağırıb.
Nazirlik Qətər dövlətinin Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü ilə bağlı sabit mövqeyini vurğulayaraq, Suriyada təhlükəsizlik və sabitliyin bərqərar olması üçün bütün regional və beynəlxalq səyləri dəstəklədiyini açıqlayıb.