“Report” “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İran hökumətinin mətbuat katibi Fatimə Mühacirani həftəlik mətbuat konfransında bildirib.
O, jurnalistlərin ərəb ölkələrində baş verən son hadisələrdən sonra İranın Dəməşqdə səfirlik açmaq qərarı ilə bağlı sualına cavabında deyib:
“İran rəsmiləri Suriyadakı hadisələrlə bağlı öz mövqelərini artıq bəyan edib. Biz Suriya xalqının qəbul etdiyi hökuməti qəbul edirik”.