Çin Suriyada baş verənlərdən narahatlığını ifadə edib
Story Code : 1180166
“Report” TASS-a istinadən xəbər verir ki, bunu XİN-in rəsmi nümayəndəsi Mao Nin brifinqdə deyib.
"Çin artıq uzun müddətdir ki, Suriya ilə bağlı dostluq və əməkdaşlıq siyasəti həyata keçirir. Çin ərəb respublikasındakı mövcud vəziyyətdən narahatdır və maraqlı olan bütün tərəflərlə əlaqə saxlayır", - o bildirib.
M.Nin yeni hökumətlə əlaqələrin qurulması üçün Suriyaya nümayəndə heyətinin göndərilməsi məsələsi ilə bağlı məlumatının olmadığını söyləyib.