Oxu.Az xəbər verir ki, dövlət başçısının çıxışından TASS sitat gətirib.
"O, (Zelenski - red.) razılığa gəlməyə hazır olmalıdır. Bu, sondur. Həddindən artıq çox insan ölür. Bu, müharibədir və çoxlu insan ölür. Biz razılaşma əldə etməliyik", - Tramp Floridadakı mətbuat konfransında bildirib.
O qeyd edib ki, müqavilənin digər tərəfi Rusiya Federasiyası olmalıdır.
Trampın sözlərinə görə, o, Ukraynada nizamlanma üçün Putinlə əlaqə saxlamaq niyyətindədir.