BMT-nin baş katibinin sözçüsü Stefan Dujarrik bu barədə deyib: "Antonio Quterreş son və geniş pozuntulardan dərindən narahatdır".
Dujarrik jurnalistlərə bildirib ki, baş katib sionist rejimin Suriyada bir çox məntəqələri hədəf alan yüzlərlə hava hücumundan xüsusilə narahatdır. O, ölkə daxilində bütün cəbhələrdə gərginliyin azaldılmasına təcili ehtiyac olduğunu vurğulayıb.
Digər tərəfdən İraqın Xalq Səfərbərlik Qüvvələri Həşdüş-Şəbinin lideri Falih Əl-Fəyyaz İraqın düşmənlərin müxtəlif fitnələri ilə mübarizə aparmağa və bütün mümkün sahə ssenarilərinə hazırlıdığını vurğulayaraq, xüsusilə Suriyadakı inkişaflar fonunda İraq xalqını və onların nailiyyətlərini qorumaqda qərarlı olduqlarını bildirib.
"Bugünkü İraq 2014-cü ilədəkinə bənzəmir. Heç kimə onun ərazisini və suverenliyini pozmağa icazə verilməyəcək", - deyə o, xəbərdarlıq edib.
Eyni zamanda Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan sionist rejimin hücumlarını dəstəkləyib və iddia edib ki, "İsrail" mümkün təhdidləri “zərərsizləşdirməyə” çalışır.