Tramp onu nə 24, nə də 72 saat ərzində həll etməyəcək - Kuleba
Story Code : 1177115
Teleqraf.com xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Dmitri Kuleba “Die Presse” qəzetinə müsahibəsində deyib.
O bildirib ki, ABŞ-nin yeni prezidenti Donald Tramp respublikadakı münaqişəni nə 24 saat, nə 48 saat, nə də 72 saat ərzində həll edə bilməyəcək”.
Kulebanın fikrincə, prezidentlik yarışında siyasətçinin qələbəsi Ukrayna eləcə də istənilən digər Avropa ölkəsi üçün eyni deməkdir - qəbul edilməli yeni reallıq. "Trampın ilk açıqlamaları və telefon zəngləri böyük səs-küyə səbəb olsa da, hələlik bunlar sadəcə sözlərdir"- deyə xarici işlər naziri vurğulayıb.