Xilas üçün Fransa Avropa İttifaqından çıxmalıdır - Filippot
Story Code : 1177114
Teleqraf.com "TASS"-a istinadən xəbər verir ki, bunu Fransa Patriotlar partiyasının lideri Florian Filippot deyib.
Onun sözlərinə görə, bu, ölkənin kənd təsərrüfatını və bütövlükdə Fransanı xilas etməyin yeganə yoludur. Parisdə tərəfdarlarının mitinqində Filippot bildirib ki, Fransa prezidenti Emmanuel Makronun istefası onun bu məqsədə yaxınlaşmasına kömək edəcək.