0
Saturday 7 December 2024 - 21:43

"BMT dünyanı daha təhlükəsiz edə bilmədi" - Qazaxıstan Prezidenti

Story Code : 1177070
"BMT dünyanı daha təhlükəsiz edə bilmədi" - Qazaxıstan Prezidenti
Teleqraf.com xəbər verir ki, bu barədə Tokayev Qətərin paytaxtı Doha Forumunda moderatorun suallarını cavablandırarkən deyib.

“BMT universal bir təşkilat kimi bəşəriyyət üçün tamamilə zəruridir. Böyük güclər, təəssüf ki, qlobal dünyanı daha təhlükəsiz edə bilmədilər. İndiki reallıqlar isə bir çox ölkələri, o cümlədən Qazaxıstanı çox narahat edir. Ona görə də BMT-də islahatlar aparılmalıdır”, - deyə o bildirib.

Qazaxıstan lideri qeyd edib ki, böyük dövlətlər arasında körpülər qurulmalıdır, onların olmaması BMT Təhlükəsizlik Şurasını çıxılmaz vəziyyətə salıb:

“Qazaxıstan da daxil olmaqla, orta dövlətlər həm regional, həm də qlobal səviyyədə sülh və təhlükəsizliyin təşviqində çox mühüm rol oynaya bilər”.
Comment