Təkcə cümə axşamı günü işğalçı İsrail ordusu Livanla atəşkəs razılaşmasını 7 dəfə pozub.
Bununla sionist rejim tərəfindən Livanla atəşkəsin pozulması halları atəşkəsin başlamasından bu günə 136 dəfəyə çatıb.
Livan mediasının xəbərinə əsasən, sionist rejim Nəbatiyə, Mərcayun, Bint-Cübeyl, Həsbiyə və Sur bölgələrini artilleriya və pilotsuz təyyarələrin hücumları ilə hədəfə alıb və yolu torpaq maneələrlə bağlayaraq, evləri hədəf alıb.
Sionist rejim ilə Livan arasında atəşkəs razılaşması 2024-cü il noyabrın 27-də qüvvəyə minib.