“Report” xəbər verir ki, o, bu barədə Maltada ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında bildirib.
"ATƏT-in öz səlahiyyətləri çərçivəsində birbaşa suallara cavab axtarışında az da olsa faydalı rol oynaya biləcəyi bir sahə qalmayıb. Məgər "Şimal axını" qaz kəmərindəki terror aktının araşdırılması səlahiyyətlər çərçivəsinə düşmür?" - o qeyd edib.
S.Lavrov bildirib ki, ATƏT Avropa məkanının bütün üzvlərinin maraqlarının toplanma nöqtələrindən birinə çevrilə bilərdi.
"Lakin bu zalda heç kimin ağlına ATƏT-dən bu məqsədlər üçün istifadə etmək gəlmir", - Lavrov əlavə edib.
Onun sözlərinə görə, ATƏT çərçivəsində real siyasətdə nə əməkdaşlığa, nə də təhlükəsizliyə yer qalmır.