"Report" xəbər verir ki, bu barədə Yelisey sarayı məlumat yayıb.
“Bu gün Baş nazir hökumətinin istefası ilə bağlı ölkə Prezidentinə müraciət edib və o, bunu qəbul edib”, - qısa bəyanatda deyilir.
Qeyd olunur ki, Barnye və Nazirlər Kabinetinin digər üzvləri yeni hökumət təyin olunana qədər cari işləri davam etdirəcəklər.
Xatırladaq ki, dekabrın 4-də Fransa Milli Assambleyası hökumətə etimadsızlıq votumu keçirib və səsvermə nəticəsində etimadsızlıq qəbul edilib. Qərar 2025-ci il büdcəsinin qəbulu ilə bağlı mübahisələr fonunda yaranmış siyasi böhranın nəticəsi olub.