İmam Xamenei: "Əsl dini mariflərin yayılması zəruridir"
Story Code : 1173846
İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei bu gün qadınların dini elmlər hövzəsi olan Camiyətüz-Zəhranın idarəçiləri, müəllim və tələbələri ilə görüşündə İslam sivilizasiyasına doğru irəliləmək üçün həqiqi dini biliklərin ictimaiyyət arasında yayılmasını zəruri hesab ediblər və bu zərurəti nəzərə alaraq, deyiblər: "İslam maariflərini bəyan və təbliğ etmək və dini dirçəltmək Camiyətüz-Zəhranın mühüm missiyalarındandır ki, bu da cəmiyyətin yarısını təşkil edən qadınların tərbiyəvi təsiri və mənəvi yüksəlişi üçün hədəflənmə və planlaşdırma tələb edir".
İslam İnqilabının Ali Məqamlı Rəhbəri dini maarif haqqında yüksək biliyə sahib olan qadınların medialarda və beynəlxalq icmalarda iştirakının lüzumu və və bu baxımdan Camiyətüz-Zəhranın rolu ilə bağlı əlavə ediblər: "İslam İnqilabının qələbəsindən sonra cəmiyyətdə çoxlu sayda fəzilətli qadınlar mövcud olub ki, onlar qadın və ailə ilə bağlı məsələləri mediada ifadə etməyə hazır olmalı, eyni zamanda böyük beynəlxalq və İslami toplantılarda Quran ayələrinə, rəvayətlərə və Nəhcül-Bəlağıyı istinad edərək, ali dini məzmunları bəyan etməyi bacarmalıdırlar. Bu iş həm ölkənin tərəqqisində və dünyada tanınmasında, həm də İslam ümmətinin yaranmasında təsirli olacaq".
Həzrət Ayətullahül-üzma Xamenei Camiyətüz-Zəhranı İslam İnqilabından qaynaqlanan və dini biliklərin səviyyəsinin və qadınların təsirinin artmasına səbəb olan nadir hadisələrdən biri hesab edərək, dini elmlər hövzəsində dəyişikliklərə və cəmiyyətdə baş verən inkişaflarla uyğunlaşması üçün yenilənməsinə ehtiyac olduğunu vurğulayaraq, qeyd ediblər ki, dini elmlər hövzələri cəmiyyətin əhəmiyyətli məsələləri, o cümlədən İqtisadi, idarəçilik və ailə məsələləri haqqında fikirə sahib olmalıdırlar.