Livan Hizbullahı sionist rejim ordusuna zərbələrini davam etdirir
Story Code : 1172927
Təsnim Xəbər Agentliyinin verdiyi məlumata görə, Hizbullah iki ayrı bəyanatında bildirib ki, Canin qəsəbəsi yaxınlığında İsrail rejimi əsgərlərinin toplaşdığı yeri intiharçı pilotsuz uçuş aparatı ilə hədəfə alıb. Həmçinin İsrail rejimi əsgərləri Marun ər-Rəs qəsəbəsinin cənubunda hədəfə alınıblar.
Bu arada Hizbullah İsrail hərbi kəşfiyyatının ilk dəfə olaraq Təl-Əvivdəki Tel Haim kəşfiyyat qərargahına raket hücumu təşkil etdiyini açıqlayıb.
Xeybər əməliyyatları çərçivəsində həyata keçirilən bu hücumda xüsusi raketlərdən istifadə edilib. Sözü gedən kəşfiyyat qərargahı Livan sərhədindən 120 kilometr aralıda yerləşir.