Qaniçən İsrail Hərbi Hava Qüvvələri noyabrın 10-da Livanın şimal-şərqində "Hizbullah" hədəflərinə hücum adı ilə Livanda yaşayış məntəqələrinə hücum edib. Nəticədə azı 43 nəfər dinc sakin şəhid olub, onlarla insan yaralanıb.
Bu barədə “El-Nashra” xəbər portalı məlumat yayıb.
Məlumata görə, qurbanlar barədə məlumat Hermel-Baalbek əyalətinin Bednail, Zeqrin, Sarin və Şaas yaşayış məntəqələrindən daxil olub.
Ötən gün sionist rejim cənubda pilotsuz təyyarə ilə təcili yardım qruplarını vurmaqla bir daha bütün dünyaya əsil hədəfinin mülki insanlar olduğunu sübuta yetirib. Qeyd edək ki bu hücum nəticəsində üç tibb işçisi şəhid olub.