Axar.az xəbər verir ki, bu barədə SEPAH rəsmisi Əhməd Şəfayi məlumat yayıb.
“Son 1 həftə ərzində “Təhlükəsizlik keşikçiləri” əməliyyatı nəticəsində 8 terrorçu öldürülüb, 14-ü isə saxlanılıb”, - o bildirib.
Qeyd edək ki, oktyabrın 26-də İranın Sistan və Bəlucistan əyalətinin Təftan rayonunun Qohərkuh bölgəsində silahlı qruplaşma üzvlərinin hücumu nəticəsində 10 polis əməkdaşı şəhid olub.
Hücumun məsuliyyətini özünü “Ənsar əl-Furqan” adlandıran terrorçular öz üzərinə götürüb.