“Hizbullah”ın yeni baş katibi şəhid Nəsrullahın yolunu davam etdirəcəklərini vəd edib
Story Code : 1169767
Naim Qasim həmçinin təşkilatın sionistlər tərəfindən terror edilmiş lideri Həsən Nəsrullahın kursunu davam etdirəcəyini də vəd edib.
Hərəkatın rəhbəri qeyd edib ki, “Hizbullah” Qəzza zolağında Fələstin müqavimətinə dəstəyi dayandırmayacaq. Şeyx Nəim Qasim bildirib ki, təkcə Hizbullah işğalçı İsraili Livan ərazisindən çıxarmağa qadirdir və beynəlxalq təşkilatların qətnamələri bu böhranı həll etməyə qadir deyil!
Xatırladaq ki, cinayətkar İsrail rejimi sentyabrın 23-də "Hizbullah" təşkilatına qarşı terror hücumu həyata keçirib. Sentyabrın 27-də həyata keçirilən hücumlardan biri nəticəsində Beyrutda “Hizbullah”ın baş katibi Şeyx Həsən Nəsrullah şəhadətə çatıb.
Cinayətkar İsrail rejimi son bir ildə Qəzza və Livanda əksəri qadınlar və körpələr olmaqla on minlərlə dinc sakini qətliam edib. Bir çox dünya ölkəsi sionist rejimin soyqırımı törətdiyini etiraf edib.