0
Saturday 26 October 2024 - 16:36

İran Xarici İşlər Nazirliyi bəyanat yaydı

Story Code : 1168880
İran Xarici İşlər Nazirliyi bəyanat yaydı
Sionist rejimin təcavüzünə cavab olaraq, İran Xarici İşlər Nazirliyi vurğulayıb: Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin əlli birinci maddəsinə əsasən, İran/ xarici təcavüzkar hərəkətlər qarşısında müdafiə sahəsində özünü haqlı və borclu hesab edir.
Sionist rejimin İran İslam Respublikasının hərbi mərkəzlərindən bəzi nöqtələrə hücum üzrə təcavüzkar hərəkətini pisləyən İran Xarici İşlər Nazirliyi yaydığı bəyanatda vurğulayıb: İran İslam Respublikası regional sülh və təhlükəsizlik qarşısındakı vəzifələrindən xəbərdar olmaqla öz təhlükəsizliyi və həyati maraqlarının müdafiəsi istiqamətində İranın bütün maddi və mənəvi bacarıqlarından istifadəyə təkid edir. İran bütün region ölkələrinin region sülhü və sabitliyini qorumaq üzrə fərdi və kollektiv məsuliyyətlərini xatırladır və regiondakı bütün sülhsevər ölkələrə və mövcud həssas şəraiti dərk etməklə işğalçı İsrail rejiminin təcavüzkar hərəkətini rədd edib, pisləyən ölkələrə təşəkkür edir.
 
Source : SaharTV
Tagged
Iran xin israil
Comment