QR CodeQR Code

İran Xarici İşlər Nazirliyi bəyanat yaydı

SaharTV , 26 Oct 2024 16:36

Islamtimes - İİR XİN: Sionist rejimin təcavüzü qarşısında qanuni müdafiə haqqı Tehran üçün qorunub saxlanılır


Sionist rejimin təcavüzünə cavab olaraq, İran Xarici İşlər Nazirliyi vurğulayıb: Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin əlli birinci maddəsinə əsasən, İran/ xarici təcavüzkar hərəkətlər qarşısında müdafiə sahəsində özünü haqlı və borclu hesab edir.
Sionist rejimin İran İslam Respublikasının hərbi mərkəzlərindən bəzi nöqtələrə hücum üzrə təcavüzkar hərəkətini pisləyən İran Xarici İşlər Nazirliyi yaydığı bəyanatda vurğulayıb: İran İslam Respublikası regional sülh və təhlükəsizlik qarşısındakı vəzifələrindən xəbərdar olmaqla öz təhlükəsizliyi və həyati maraqlarının müdafiəsi istiqamətində İranın bütün maddi və mənəvi bacarıqlarından istifadəyə təkid edir. İran bütün region ölkələrinin region sülhü və sabitliyini qorumaq üzrə fərdi və kollektiv məsuliyyətlərini xatırladır və regiondakı bütün sülhsevər ölkələrə və mövcud həssas şəraiti dərk etməklə işğalçı İsrail rejiminin təcavüzkar hərəkətini rədd edib, pisləyən ölkələrə təşəkkür edir.
 


Story Code: 1168880

News Link :
https://www.islamtimes.com/az/news/1168880/iran-xarici-işlər-nazirliyi-bəyanat-yaydı

Islam Times
  https://www.islamtimes.com