İranın yol və şəhərsalma naziri Şahin Mustafayevlə görüşüb
Story Code : 1166692
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
İranlı nazir bildirib ki, Azərbaycanla əlaqələr İran üçün çox önəmlidir və bu əlaqələr yaxın gələcəkdə daha da genişlənəcək.
Azərbaycanın İrandakı səfirliyini yenidən açmasına çox məmnun olduğunu bildirən Fərzanə Sadiq deyib:
"Təklif edirəm ki, 16-cı Birgə İqtisadi Komissiyanın iclası tezliklə Tehranda keçirilsin ki, bütün əməkdaşlıq sahələrini nəzərdən keçirə bilək. Biz Şimal-Cənub dəhlizinin inkişafında dönüş nöqtəsi sayılan Rəşt-Astara dəmir yolunun tikintisinə başlamışıq. Bu dəmir yolu infrastrukturunun inkişafında Azərbaycanın əməkdaşlığı çox vacibdir. Bundan əlavə, iki ölkə arasında 15 milyon ton yük tranziti hədəfinə çatmaq üçün plan hazırlanmalıdır".
Nazir qeyd edib ki, liman və dəniz sahəsində əməkdaşlığa gəlincə, bu sahəyə dair saziş layihəsini bir ay ərzində tamamlamaq üçün birgə iclas keçirmək lazımdır.