Venesuela Prezidenti yenə müstəmləkəçiliyə qarşı mübarizəni davam etdirməyə çağırıb
Story Code : 1166199
“Report” bu barədə “Venezolana de Television” telekanalına istinadən xəbər verir.
“İmperiyalar müstəmləkəçiliyin, köləliyin, hər cür ayrı-seçkiliyin, cinayətin varisləridir”, “müqaviməti davam etdirmək lazımdır”, - Prezident Karakasın mərkəzində minlərlə insanın iştirakı ilə keçirilən mitinq iştirakçılarına telefonla müraciət edib.
“532 il əvvəl (1492-ci il oktyabrın 12-də ispan səyahətçi Xristofor Kolumb tərəfindən Amerikanın kəşfi - red.) müdaxilə və soyqırım başladı və İspaniyanın Milli Günü qeyd edilməməlidir, çünki ifrat sağçılar və faşistlər cinayətləri, qanı və soyqırımı qeyd edirlər”, - Maduro bildirib.
Prezident deyib ki, Avropa şəhərlərində, ABŞ, Afrika və Asiyada Venesuela ilə həmrəylik nümayişləri keçirilib, Fələstin, Livan, Suriya və İran xalqları ilə həmrəylik pankartları qaldırılıb.
Şənbə günü hindi icmalarının nümayəndələrinin başçılığı ilə minlərlə venesuelalı Karakas küçələri ilə yürüş keçirib. Yürüşdə hakim Vahid Sosialist Partiyası sədrinin birinci müavini Diosdado Kabello və cib telefonu vasitəsilə Maduro ilə əlaqə quran Milli Assambleyanın (Parlament) sədri Xorxe Rodriqes iştirak edib. Prezidentin çıxışının uzaq formatda olmasının səbəbləri açıqlanmayıb.