Körfəz ölkələri İsrailin axmaq addım atmaması üçün ABŞ-yə çağırış edib
Story Code : 1165978
İşğalçı İsrailin İrana aid neft obyektlərinə hücum fikrindən daşınması üçün Körfəz ölkələri ABŞ-yə çağırış edib.
"Reuters"in yaydığı məlumata görə, Körfəz ölkələri gərginliyin artacağı təqdirdə İrana hücum üçün işğalçı İsrailə hava məkanlarından keçməyə icazə verməyəcəklər.
Bildirilib ki, Səudiyyə Ərəbistanı, BƏƏ və Qətər İrana aid neft obyektlərinə hücum fikrindən ehtiyat etdikləri üçün Vaşinqtonu işğalçı İsrailin axmaqlığının qarşısını almağa çalışıblar.
"İran bu həftə keçirilən görüşlərdə Səudiyyə Ərəbistanına və digər ərəb ölkələrinə bildirib ki, işğalçı İsrailin İrana aid neft obyektlərinə hücum edəcəyi təqdirdə ərəb ölkələri sionist rejimə hər hansı yardım göstərsə, İran onların neft obyektlərinin təhlükəsizliyinə zəmanət verə bilməz. İran İslam Rspublikası bildirib ki, Körfəz ölkələri öz hava məkanını İsrailə açsalar, bu, müharibə aktı kimi qiymətləndiriləcək", - deyə ərəb mənbələri qeyd ediblər.