0
Thursday 10 October 2024 - 23:33

Abbas Əraqçı: "Biz istənilən ssenariyə hazırıq"

Story Code : 1165726
Abbas Əraqçı: "Biz istənilən ssenariyə hazırıq"
Dohaya səfər edən Abbas Əraqçı Əl-Cəzirə şəbəkəsi ilə söhbətində sionist rejimin təhdidlərinə cavab olaraq vurğulayıb: “Gərginliyin artması ilə müharibə ardınca olmasaq da, istənilən ssenariyə hazırıq. İsraillilər bizim qətiyyətimizi sınaya bilərlər”.

Əraqçı daha sonra deyib: "Hücumun necə olacağını görəcəyik və buna əsaslanaraq necə cavab verəcəyimizi müəyyənləşdirəcəyik, bunu diqqətlə araşdıracağıq."

İran İslam Respublikası HƏMAS-ın siyasi bürosunun rəhbəri şəhid “İsmail Həniyə”nin Tehranda terror edilməsindən sonra sionist rejimə sarsıdıcı zərbə endirəcəyini bildirmişdi. 

Sionistlər İranın cavabından sonra bu ölkəyə hücum edəcəkləri ilə bağlı rəsmi Tehranı hədələyiblər. Lakin İran rəsmiləri Tel-Əvivin istənilən hərəkətinə İran tərəfindən daha sərt cavab veriləcəyi barədə xəbərdarlıq edib.
Comment