Livan Hizbullahı düşmən İsraili sərhəd zonasında geri oturdur.
Çərşənbə günü səhər Livan Hizbullahı Hayfa və ətrafını və işğal olunmuş ərazilərin şimalında yerləşən Leviatan qaz platformasını raketlərlə hədəfə alıb.
İRNA-nın verdiyi xəbərə görə, sionist rejim mediası Hizbullah tərəfindən ən azı 10 raketin atıldığını və bu hücumların ardınca Hayfadan işğal olunmuş ərazilərin şimalındakı Qeysariyyəyə qədər sirenlərin çalındığını bildirib.
“Valla” portalı bildirir ki, Hizbullah bu çərşənbə səhəri sionist rejimin Leviatan qaz çıxarma platformasına raket zərbəsi endirib.
Hizbullahın bu əməliyyatı sionist rejimin Beyrutun cənubundakı Zahiyə rayonu və Livanın cənub və Bəqa bölgələrinə ardıcıl təcavüzkar hücumlarına cavab olaraq həyata keçirilib.
Dünən sionist rejim ordusu Livan Hizbullahının işğal olunmuş ərazilərin şimalındakı Hayfa bölgəsi və ətrafına bir saatdan az müddətdə 105 raket atdığını elan edib.
Hayfa işğal olunmuş Fələstinin şimalında ən böyük şəhərdir, Aralıq dənizi sahilində yerləşən mühüm limandır və Hayfa körfəzi həm də ağır sənaye, neft emalı və kimya emalı mərkəzidir. Burada Azərbaycan Respublikasından nəql olunan xam neft emal olunur və sonra rejimin hərb maşınını, eləcə də günahsız insanları bombardman edən hərbi təyyarələrini qidalandırır.
Digər bir məlumata görə isə, Livan Hizbullahı sərhəd bölgəsində sionist rejimin bir qrup əsgəri ilə qarşıdurması ilə bağlı məlumat yayıb. Hizbullahın bəyanatına əsasən, qarşıdurma düşmən qüvvələrinin qaçmasına və işğalçı rejim ordusunun sıralarında “qəti itkilərə” səbəb olub.
Hizbullahın bəyanatında bildirilir: “Qəzzə zolağında mətanətli Fələstin xalqına, onun qəhrəmancasına müqavimətinə dəstək olaraq, eləcə də Livan və onun xalqının müdafiəsi məqsədilə islami müqavimət döyüşçüləri sərhəd bölgəsinə doğru irəliləyən bir qrup sionist düşmən əsgərini artilleriya mərmiləri və raketlər vasitəsilə hədəf aldılar. Düşmən qüvvələr qəti itkilər verərək geri çəkilməyə məcbur oldular”.