Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin-Salman İranın xarici işlər naziri Abbas Ərakçi ilə regional vəziyyəti müzakirə edib.
“Report” xəbər verir ki, məlumatı “Mehr” informasiya agentliyi yayıb.
Məlumata görə, tərəflər bölgədə yaranmış gərginlikdən və müharibənin yayılma ehtimalından narahat olduqlarını bildiriblər.
Qeyd edək ki, Abbas Ərakçi oktyabrın 8-də Səudiyyə Ərəbistanına səfərə gedib.