Polşadan Ukrayna ilə bağlı etiraf - "Vəziyyət ağırdır"
Story Code : 1165410
Teleqraf.com xəbər verir ki, bu barədə Polşanın “Do Rzeczy” portalı məlumat yayıb.
Məlumata görə, bir neçə aylıq döyüşlərdən sonra Ukraynanın cəbhədə vəziyyəti heç də yaxşı deyil:
"Uqledar işğal edildi. Ukraynalılar onu alınmaz qala hesab edirdilər. Digər cəbhə bölgələrindən gələn xəbərlərlə yanaşı, bu, Kiyevdə vəziyyətin sürətlə pisləşdiyini göstərir" - məlumatda deyilir.
Hazırkı vəziyyətə görə məsuliyyət Ukrayna prezidenti Vladimir Zelenski və Qərb siyasətçilərinin üzərinə düşdüyü qeyd edilib.