Teleqraf.com "The Washington Post"a istinadən xəbər verir ki, bu barədə amerikalı araşdırmaçı jurnalist Bob Vudvord kitabında qeyd edib.
Jurnalistin fikrincə, Harris 2021-ci ilin payızında Fransa prezidenti Emmanuel Makronu Rusiya ilə Ukrayna arasındakı münaqişəyə hazırlıq üçün hərəkətə keçməyə sövq etməyə çalışıb.
ABŞ vitse-prezidenti 2022-ci ilin fevralında Münhen Təhlükəsizlik Konfransında Zelenski ilə də danışıb.
Kitabda deyilir: "Harris o qədər irəli getdi ki, onun dediyi kimi, "əsir düşsən və ya öldürülsən" sabitliyi təmin etmək üçün ondan varislik planı hazırlamasını tələb edib".