"Report" xəbər verir ki, bu barədə İraqın İNA agentliyi Vahid Əməliyyat Komandanlığının bəyanatına istinadən məlumat yayıb.
"İraq Hərbi Hava Qüvvələrinin hücumundan sonra Salah əd-Din əyalətindəki rayonlardan birində İŞİD üzvü olan 4 terrorçunun meyiti aşkarlanıb”, – məlumatda bildirilib.
Meyitlərin identifikasiyası zamanı öldürülənlərdən birinin İŞİD tərəfdarlarının “Salah əd-Din əyalətinin qubernatoru” adlandırdığı Əbu Ömər əl-Qureyşi olduğu məlum olub.