Makron işğalçı İsrailə silah tədarükünü dayandırmağa çağırıb
Story Code : 1164729
APA xəbər verir ki, bu barədə Le Figaro məlumat yayıb.
“Düşünürəm ki, bu gün əsas prioritet siyasi həll yoluna qayıtmaq və Qəzzada döyüş əməliyyatları aparmaq üçün istifadə edilən silahların tədarükünü dayandırmaqdır. Fransa İsraili bu silahlarla təmin etmir” – dövlət başçısı vurğulayıb.
Fransa prezidentinin sözlərinə görə, indi əsas vəzifə eskalasiyanın qarşısını almaqdır.
“Livan yeni Qəzzaya çevrilməməlidir”, - Makron əlavə edib.