QR CodeQR Code

Makron işğalçı İsrailə silah tədarükünü dayandırmağa çağırıb

6 Oct 2024 14:40

IslamTimes - Fransa Prezidenti Emmanuel Makron işğalçı IslamTimes - İsrail ordusunun Qəzza zolağında qətliam üçün istifadə etdiyi silahların bu ölkəyə tədarükünü dayandırmağa çağırıb.


APA xəbər verir ki, bu barədə Le Figaro məlumat yayıb.

“Düşünürəm ki, bu gün əsas prioritet siyasi həll yoluna qayıtmaq və Qəzzada döyüş əməliyyatları aparmaq üçün istifadə edilən silahların tədarükünü dayandırmaqdır. Fransa İsraili bu silahlarla təmin etmir” – dövlət başçısı vurğulayıb.

Fransa prezidentinin sözlərinə görə, indi əsas vəzifə eskalasiyanın qarşısını almaqdır.

“Livan yeni Qəzzaya çevrilməməlidir”, - Makron əlavə edib.


Story Code: 1164729

News Link :
https://www.islamtimes.com/az/news/1164729/makron-işğalçı-israilə-silah-tədarükünü-dayandırmağa-çağırıb

Islam Times
  https://www.islamtimes.com