ABŞ prezidenti Cozef Bayden işğalçı İsrailin İranın nüvə obyektlərinə hücum etmə xəyalını məqsədəuyğun hesab etmədiyini bildirib.
"Report"un məlumatına görə, onun sözlərini Ağ Evin mətbuat xidməti yayıb.
Belə ki, jurnalistlərin müvafiq sualını cavablandıran Bayden qısa olaraq “Yox” deyib.
Xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında İran işğalçı İsrailə 200 raketlə möhtəşəm hücum həyata keçirib.
Öz növbəsində, bu gün İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin ölkəsinin ərazisindəki nüvə obyektlərinə hücum etməyə cəsarət etməyəcəyinə əminliyini ifadə edib.