QR CodeQR Code

Bayden İsraili ağılsızlıq etməməyə çağırdı

3 Oct 2024 11:50

IslamTimes - Bayden işğalçı İsrailin İranın nüvə obyektlərinə hücum etmək röyasına "Yox" deyib


ABŞ prezidenti Cozef Bayden işğalçı İsrailin İranın nüvə obyektlərinə hücum etmə xəyalını məqsədəuyğun hesab etmədiyini bildirib.

"Report"un məlumatına görə, onun sözlərini Ağ Evin mətbuat xidməti yayıb.

Belə ki, jurnalistlərin müvafiq sualını cavablandıran Bayden qısa olaraq “Yox” deyib.

Xatırladaq ki, oktyabrın 1-i axşam saatlarında İran işğalçı İsrailə 200 raketlə möhtəşəm hücum həyata keçirib. 

Öz növbəsində, bu gün İranın xarici işlər naziri Abbas Əraqçi İsrailin ölkəsinin ərazisindəki nüvə obyektlərinə hücum etməyə cəsarət etməyəcəyinə əminliyini ifadə edib.


Story Code: 1164089

News Link :
https://www.islamtimes.com/az/news/1164089/bayden-israili-ağılsızlıq-etməməyə-çağırdı

Islam Times
  https://www.islamtimes.com