0
Tuesday 1 October 2024 - 10:59

Hizbullah döyüşçüləri sionist işğalçıları  pusquya saldı

Story Code : 1163681
Hizbullah döyüşçüləri sionist işğalçıları  pusquya saldı
"Röyters"in məlumatına görə, Hizbullah Livana daxil olmağa çalışan işğalçı İsrail qüvvələrinə assimetrik müdaxilələr edib, işğalçı İsrail qüvvələrindən olan bir neçə qrup pusquya salınaraq məhv edilib.

Bu arada, sionist rejimin "Müdafiə" Nazirliyinin təcili surətdə sərhədə yeni canlı qüvvə daşıdığını əks etdirən görüntü paylaşılıb. Bildirilir ki, Hizbullaha ötən illərdə iki dəfə məğlub olan İsrail ordusu növbəti dəfə Livan Müqavimətinin nələr edə biləcəyini unudub. Bu səbəbdən ciddi problemlə üzləşən sionistlər ön qüvvələri gücləndirmək məcburiyyətində qalıb.

Qeyd edək ki, bu gecə işğalçı İsrail ordusu Livanın cənubunda "məhdud" quru əməliyyata başladığını bildirib.


 
Comment