0
Monday 30 September 2024 - 16:54

İran sionist rejimin Yəmənə hücumunu qətiyyətlə pisləyib

Story Code : 1163477
İran sionist rejimin Yəmənə hücumunu qətiyyətlə pisləyib
İran Xarici İşlər Nazirliyinin mətbuat katibi sionist rejimin Yəmənin Hudeydə limanının yanacaq çənləri və elektrik stansiyasına hücumlarını kəskin şəkildə pisləyib.
Nasir Kənani Yəmənin Hudeydə limanının mülki infrastrukturunun dağıdılmasına səbəb olan bu vəhşi hücumları sionist rejimin anti-insani mahiyyətinin ifadəsi kimi qiymətləndirərək deyib: “Sionist rejimin cinayətləri Amerika rejiminin qeyd-şərtsiz dəstəyi ilə baş verir və Vaşinqton Təl-Əvivi idarə edən cinayətkar dəstənin cinayətlərinə tam şərikdir”.
Yəmənlilərin məzlum Fələstin xalqına verdiyi şərəfli dəstəyi təqdir edən Kənani bildirib ki, sionist rejimin Yəmənə və bu ölkənin mülki və xidmət infrastrukturlarına hücumu Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin kobud və təkrarən pozulmasıdır. Beynəlxalq ictimaiyyət rejimin bu qədər azğınlığının qarşısını almalıdır.
Diplomatik qurumun mətbuat katibi qeyd edib ki, sionist rejimə dəstək verənlər, o cümlədən ABŞ hökuməti bu rejimin Fələstin və Livanda törətdiyi cinayətlərinin davam etməsinin, eləcə də Yəmənə qarşı avantürist və təcavüzkar hücumlarının təhlükəli və gözlənilməz nəticələrinə görə, birbaşa məsuliyyət daşıyır.
 
Source : SaharTV
Comment