Publika.az xəbər verir ki, bu sözləri amerikalı milyarder və sahibkar İlon Mask deyib.
Onun fikrincə, amerikalıların yalnız kiçik bir hissəsi Trampın itkisinin ölkə üçün nə demək olduğunu anlayır.
"O (Tramp - red.) heç bir halda demokratiya üçün təhlükə deyil, onu xilas edə biləcək yeganə şəxsdir", - Mask "X" sosial şəbəkə hesabında yazıb.
Sahibkar izah edib ki, Demokratların namizədi Kamala Harris qalib gələrsə, qeyri-qanuni mühacirlər gəlməyə davam edəcək və tədricən vətəndaşlıq əldə edəcəklər. Maskın sözlərinə görə, Demokratik partiya miqrantların səslərini təmin edəcək dörd ildən sonra rəqabətdən kənarda qalacaq.