Teleqraf.com xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.
Bildirilib ki, hərbiçilər artıq Pentaqon rəhbəri Lloyd Ostinə bölgədə qoşunların və silahların sayının artırılması üçün müxtəlif variantlar təqdim ediblər. Müdafiə naziri bu məsələ ilə bağlı ABŞ Prezidenti Cozef Baydenlə əlaqə saxlayıb. Telekanalın dəqiqləşdirdiyi kimi, hələ ki yekun qərar qəbul edilməyib.
Yaxın Şərqdə Amerika qoşunlarının sayı təxminən 40 min nəfərdir.