0
Wednesday 25 September 2024 - 13:18

Pezeşkian:"Qərbi Asiya sionist rejiminin cinayətləri ilə alovlar içində yanır"

Story Code : 1162315
Pezeşkian:"Qərbi Asiya sionist rejiminin cinayətləri ilə alovlar içində yanır"
Bunu İran prezidenti Məsud Pezeşkian ötən gün Nyu-Yorkda Serbiya prezidenti Aleksandr Vuçiçlə görüşündə sionist rejimin Amerikanın himayəsi ilə Qəzzə və Livana təcavüzünə işarə edərkən deyib.
"Bütün baş verənlərdən əlavə sionist rejim Qəzzədə bir ilə yaxın törətdiyi cinayətlərdən və günahsız, müdafiəsiz qadın və uşaqları qətlə yetirdikdən sonra Livana kütləvi hücumlar edir və bu ölkədə yenə də çoxlu sayda insanı qətlə yetirir" -deyə prezident serbiyalı həmkarı ilə görüşdə nəzərə çatdırıb.
Sionist rejimin törətdiyi bu cinayətlərin qanuni özünümüdafiə olması arqumentinin əsassız olduğunu vurğulayan cənap Pezeşkian daha sonra əlavə edib ki, sioniost rejimin doğulduqdan sonra hələ xəstəxanadan çıxmamış öldürdüyü körpələr də onun öldürmək istədiyi terrorçulardır?
 Məsud Pezeşkian sözünün davamında daha sərt şəkildə sual ünvanlayaraq deyib ki, sionistlərin Fələstində, Livanda, Suriyada və İranda terror etdiyi insanlar necə? Onlar indiyədək kimi öldürmüşdü ki, sionist rejimi terrorçuluqla mübarizə adı ilə onları terror etdi?
Görüşdə Serbiya prezidenti Aleksandr Vuçiç də sionist rejimin Qəzzə və Livana hücumlarından dərin təsirləndiyini deyərək öz narahatlığını ifadə edib.
"İsrailin Qəzzə və Livanda törətdiyi cinayətlər amerikalıların dəstəyi və onların yaşıl işığı ilə həyata keçirilir və amerikalıların belə bir siyasi hərəkətlərinin  uzun bir tarixi var."-deyə Vuçiç qeyd edib.

 
Source : SaharTV
Tagged
Pezeşkiyan
Comment