QR CodeQR Code

"Vetonun ləğvinin mümkünlüyünə şübhə ilə yanaşıram” - BMT rəsmisi

19 Sep 2024 10:04

IslamTimes - BMT Baş katibi Antoniu Quterreş təşkilatın Təhlükəsizlik Şurasında (TŞ) vetodan istifadə imkanının ləğvi ehtimalına şübhə ilə yanaşıb.


Teleqraf.com Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə o, BMT-nin mənzil-qərargahında keçirdiyi mətbuat konfransında bildirib.

“Vetodan istifadə təcrübəsini sevdiyimi düşünürsünüzsə, bu, belə deyil. Vetonun ləğvinə əmin olduğumu desəm, yalan danışaram”, - o deyib.

Onun sözlərinə görə, BMT TŞ-nin yeni daimi üzvlərlə genişləndirilməsi ilə bağlı razılığa gəlmək vetonun ləğvi üzrə razılaşmadan daha asandır.

Quterreş qeyd edib ki, TŞ-nin genişləndirilməsi, eləcə də şurada prosedurların şəffaflığının artırılması və Baş Assambleyanın rolunun gücləndirilməsi məsələlərində irəliləyişə ümid edir:

“Lakin mən vetonun ləğvinin mümkünlüyünə şübhə ilə yanaşıram”.


Story Code: 1160960

News Link :
https://www.islamtimes.com/az/news/1160960/vetonun-ləğvinin-mümkünlüyünə-şübhə-ilə-yanaşıram-bmt-rəsmisi

Islam Times
  https://www.islamtimes.com